“Əl-Nəsr” Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 finalında “Əl-Taavon”a evdə məğlub olub.
Publika.az xəbər verir ki, görüşdəki yeganə qol müəllifi 71-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Flavio olub.
“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo matçın sonlarında komandasını məğlubiyyətdən xilas etmək şansı qazanıb. O, matçın əsas vaxtına əlavə edilmiş 6-cı dəqiqədə penaltini qola çevirə bilməyib.
Bu məğluiyyətlə Ər-Riyad klubu kubokdakı çıxışını başa vurub.