AZ

Azərbaycana İraq və Hindistandan gələn turistlərin sayı - KƏSKİN ARTIB

2024-cü ilin yanvar-sentyabr ayları üzrə Azərbaycana səfər edən turistlərin sayı 2023-cü ilin eyni dövrü ilə müqayisədə 368,6 min nəfər və ya35% artıb.

FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir. 

Məlumata əsasən ən çox artım İraq vətəndaşları arasında olub. Bu ölkədən gələn vətəndaşların sayı son bir il ərzində 3,2 dəfə və ya 3,2 min nəfər artıb.

Hindistandan gələnlərin sayında 2,3 dəfə (101,1 min nəfər) artım baş verib.

Cənubi Koreya turistlərinin sayında isə son bir il ərzində 94% və ya 5,5 min nəfər artım olub.

Növbəti 4 ölkədə artım səviyyəsi 80%-dən yüksək olub.

Belə ki, Çindən gələnlərin sayında 89% (13,9 min nəfər), Moldovadan gələnlərin sayında 89% (1,1 min nəfər), Rumıniyadan gələnlərin sayında isə 85% (999 nəfər), Qırğızıstandan gələnlərin sayında 83% (1,8 min nəfər) artım qeydə alınıb.

Hesabat dövrü ərzində Suriyadan gələn turistlərin sayı 11% və ya 37 nəfər, İsraildən gələn turistlərin sayı 9% və ya 2,3 min nəfər, Norveçdən gələn turistlərin sayı isə 3% (40 nəfər) və Qətərdən gələn turistlərin sayında 3% və ya 71 nəfər zalma olub.

Seçilən
29
fed.az

1Mənbələr