Azərbaycanın 17 yaşadək qızlardan ibarət futbol millisi bu gün Avropa çempionatının I seçmə mərhələsində Serbiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşacaq.
Bakıvaxtı.az xəbər verir ki, B Liqasının V qrupunun oyunu Lüksemburqun Bettemburq şəhərində yerləşən “Munisipial” stadionunda təşkil olunacaq.
Görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək. Qarşılaşmanı Uels və Gürcüstandan olan hakimlər idarə edəcəklər.
Avropa çempionatı
I seçmə mərhələ
B Liqası, V qrup
30 oktyabr
21:00. Serbiya – Azərbaycan
Hakimlər: Şarlot Karpenter, Mişel Ceyn Portelli (hər ikisi Uels), Sopo Tsulaya, Mzevinari Şaraşanidze (hər ikisi Gürcüstan).
Bettemburq, "Munisipial" stadionu.
Qeyd edək ki, Nərgiz Qurbanovanın baş məşqçisi olduğu kollektiv növbəti matçını noyabrın 2-də Lüksemburqa qarşı keçirəcək. Bu görüş də Bettemburqdakı "Munisipial" stadionunda baş tutacaq.