İstanbulda CHP-li bələdiyyə sədri həbs olunub.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, ana müxalifət partiyası XHP-nin üzvü olan Esenyurt rayon Bələdiyyəsinin sədri, professor Ahmet Özer bu gün səhər saatlarında polislər tərəfindən evində saxlanııb.
Məlumata görə, hazırda Özerin evində və bələdiyyə binasında axtarış aparılır: "O, bir müddət əvəvl başlayan bir cinayət işi üzrə saxlanılıb..."
CHP-nin parlamentdıki fraksiyasının üzvü Gökhan Günaydın həbsə belə reaksiya verib: "Esenyurt Bələdiyyə başçımız Ahmet Özer bu gün səhər saatlarında saxlanılaraq polisə aparıldı. Kimin terrorla, kimin iqtidar üçün mübarizə apardığını bilirik. Hökumətlər gəlib gedərdsi, prokurorlar və hakimlər yalnız ədalət və qanunlara bağlı qalmalıdır".
Lamiyə
MİA.AZ