AZ

Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Abbasın yardımsevər şəxslərin dəstəyinə ehtiyacı var.
Bu barədə Oxu.Az-a onun anası Məleykə Fərzəliyeva məlumat verib.
O bildirib ki, övladının sol böyrəyində törəmə aşkarlanıb:
"Abbasın üç yaşı var, bir neçə ay əvvəl onun böyrəyində törəmə aşkarlandı və əməliyyat olundu. Əməliyyat uğurla keçsə də, Abbas bir müddət həkim nəzarətində olmalı və müalicələri vaxtında edilməlidir".
Gənc ana Abbasın onun yeganə övladı olduğunu deyib:
"Abbas mənim ilk övladımdır. Biz Sabirabad rayonunda yaşayırıq. Yoldaşım iş olduqca fəhləlik edir, mən isə evdar qadınam. Abbasın səhhətinin stabil qalması üçün müalicələri vaxtında etməliyik. Onun həkimi Bakıda olduğu üçün bəzən gəlməyə belə pul tapmırıq. O qədər borc-xərcin içindəyik ki, kimsə də artıq borc vermək istəmir bizə. Müalicələr üçün yardımsevər şəxslərin dəstəyinə ehtiyacımız var. Onlardan övladıma dəstək olmalarını xahiş edirəm".
Ailə əlaqə: (050) 319-27-21.
Kapital Bank: 4169 7388 1120 6808.
Seçilən
78
26
oxu.az

10Mənbələr