“Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldo komandasının Səudiyyə Ərəbistanı Kral Kubokunun 1/8 finalında "Əl-Taavon"a uduzduğu oyun (0:1) və görüşün 90+6-cı dəqiqəsində penaltini dəqiq yerinə yetirə bilməməsinə münasibət bildirib.
Publika.az xəbər verir ki, Ronaldo bununla bağlı "X" sosial media hesabında yazıb. "Hər bir çətinlik böyümək üçün bir fürsətdir", - deyə vurğulayıb.
Qeyd edək ki, bu mövsüm Ronaldo bütün turnirlərdə 11 matçda, 9 qol vurub və üç məhsuldar ötürmə edib.