AZ

Livanda son 24 saatda 77 nəfər həlak olub

Livanın Səhiyyə Nazirliyi yanında Təcili Əməliyyatlar Mərkəzi gün ərzində İsrailin hava qüvvələrinin ölkənin cənubundakı Nəbatiyyə, Səidə və Tire əyalətlərində, eləcə də ölkənin şərqində yaşayış məntəqələrinə təşkil etdiyi reydlər zamanı ölən və yaralananlar barədə məlumat verib.

"Unikal" xəbər verir ki,  "X"da yayımlanan məlumata görə, 24 saat ərzində 77 vətəndaş İsrailin bombardmanının qurbanı olub, daha 180 insan isə yaralanıb.

"Son 24 saat ərzində düşmən aviasiyası Livan ərazisinə 138 zərbə endirib", - məlumatda qeyd olunub. 

Bundan əlavə, 2023-cü ilin oktyabrında Livanda hərbi eskalasiya başlayandan bəri İsrailin hava hücumları və artilleriya hücumları nəticəsində itkilər barədə məlumatlar yenilənib. Bununla da ölənlərin sayı 2787, yaralıların sayı 12772-yə çatıb.

Gülayə Mecid 

phrase_var_article.chosen
108
50
unikal.az

10phrase_var_article.sources