AZ

Naxçıvanın kəndlərində elektrik təsərrüfatının yenidən qurulmasına başlanılıb

Bakı. Trend:

Culfa rayonunun Yaycı, Babək rayonunun Qahab, Şahbuz rayonununKolanı, Şərur rayonunun Xanlıqlar və Sədərək rayonunun Qaraağackəndlərində topoqrafiya işləri aparılıb, layihələndirmə işlərinəbaşlanılıb. Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatınınyenidən qurulması üçün müvafiq tender elan edilib.

Bunu Trend-əaçıqlamasında Naxçıvan Muxtar Respublikası Dövlət EnergetikaXidmətinin mətbuat xidmətinin rəhbəri Mətin Abbaslı deyib.

O bildirib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadiinkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”çərçivəsində 20 kəndin 10 kilovoltluq və 0.4 kilovoltluq elektrikşəbəkəsinin layihələndirilərək yenidən qurulması nəzərdətutulub:

“İlkin olaraq bununla əlaqədər Xidmət tərəfindən dövlətsatınalınması həyata keçirilib. Culfa rayonunun Yaycı, Babəkrayonunun Qahab, Şahbuz rayonunun Kolanı, Şərur rayonunun Xanlıqlarvə Sədərək rayonunun Qaraağac kəndlərində topoqrafiya işləriaparılıb, layihələndirmə işlərinə başlanılıb.

Digər nəzərdə tutulan 15 kəndin elektrik təsərrüfatının yenidənqurulması üçün müvafiq tender elan edilib. Muxtar Respublikanındigər kəndlərinin elektrik təsərrüfatının yenidən qurulması üçünXidmətin vəsaiti hesabına dövlət satınalmaları həyata keçirilərəkbir çox mal-materiallar alınıb”.

“Alınan müasir özünü daşıyan izolyasiyalı kabellər (SİP) vəaksesuarları, güc transformatorları, izolyatorlar, kabel ucluqları,tikinti materialları və digər avadanlıqlar muxtar respublika üzrəŞəhər və Rayon Elektrik Şəbəkələrinə göndərilib.

Həmçinin, ötən əsrin sonlarından istismar olunan hava elektrikverilişi xəttləri yenilənəcək, istismar müddəti bitmiş taxtadirəklər dəmir-metal dirəklərlə əvəz olunacaq.

Bunun da nəticəsində abonentlər daha keyfiyyətli, dayanıqlıelektrik enerjisi ilə təmin olunacaq, şəbəkələrdə qəza vəimtinaların sayı minimuma endiriləcək, elektrik enerjisinin texnikiitkiləri azalacaq”, - deyə M.Abbaslı vurğulayıb.

Seçilən
50
13
az.trend.az

10Mənbələr