AZ

İngiltərədə nüvə sualtı qayıqlarının inşa edildiyi tərsanələrdə yanğın baş verib

İngiltərədə nüvə sualtı qayıqlarının inşa edildiyi tərsanələrdə yanğın baş verib

İngiltərədə "BAE Systems" korporasiyasının yeni nəsil nüvə sualtı qayıqlarını tikdiyi Barrow-in-Furness gəmiqayırma zavodlarında yanğın baş verib. AFN.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.Məlumatda bildirilir ki, nüvə ilə çirklənmə riski yoxdur. Polisin məlumatına görə, iki nəfər xəstəxanaya aparılıb. Ölən və yaralananlar, həmçinin yanğının səbəbi barədə məlumat verilmir.Gəmiqayırma zavodunun bütün işçiləri təxliyə edilib, yerli sakinlərə evdə qalmaq və pəncərələrini açmamaq tövsiyə olunub."Daily Mail"in məlumatına görə, Barrou-in-Furness şəhərindəki gəmiqayırma zavodları 100 ildən artıqdır ki, mövcuddur və Avropada ikinci ən böyük ərazini tutur. Britaniyanın üç nüvə sualtı qayığı istisna olmaqla, hamısı bu gəmiqayırma zavodlarında tikilib.

Seçilən
33
afn.az

1Mənbələr