Bakı-Qazax yolunda böyük tıxac yaranıb.
"Cebheinfo.az" “Trend”ə istinadən xəbər verir ki, hazırda ərazidə maşınların hərəkəti dayanıb.
BDYPİ-dən bildirilib ki, tıxacın yaranması Bakı Kənar Dairəvi yolunun 6-cı kilometrliyindəki uçqun təhlükəsi ilə bağlıdır:
"Hazırda sürücülər fasilələrlə buraxılır. BDYPİ-nin Ekoloji nəzarəıt Bölüyü və Yol Patrul Xidmətinin əməkdaşları ərazidədir. Yolda hərəkət tam məhdudlaşdırılmayıb".
"Cebheinfo.az"