Bu gün səhər saatlarında Bakıətrafı sürət qatarından istifadə edən sərnişinlər xeyli müddət platformalarda qalmalı olublar.
Belə ki, saat 07:05-də Sumqayıtdan Bakı istiqamətinə yola çıxmalı olan Sumqayıt-Pirşağı-Bakı sürət qatarı qeyri-müəyyən səbəblərə görə xəttə çıxmayıb.
Publika.az xəbər verir ki, məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-dən Trend-ə bildirilib ki, Abşeron dairəvi dəmir yolu xəttində rabitə və işarəvermə xəttinə kənar müdaxilə olub: