AZ

ADY Bakı yük stansiyasında əsaslı təmir-bərpa işləri aparıb

Bakı. Trend:

ADY dəmir yolu ilə yükdaşımalar üçün strateji əhəmiyyətə malikBakı yük stansiyasının Əhmədli hissəsində əsaslı təmir vəyenidənqurma işləri həyata keçirib.

Bu barədə Trend ADY-yə istinadən məlumat verir.

1883-cü ildə ilk neft qatarının yola salındığı bu stansiyadahazırda ölkə üzrə daşınan neft və neft məhsullarının 40%-i qəbuledilərək təyinat məntəqələrinə yönləndirilir. Stansiyada aparılmıştəmir-bərpa işləri çərçivəsində infrastrukturun yenilənməsi iləyanaşı, yüklərin kağız əsaslı sənədləşmə olmadan rəqəmsal qaydadagöndərilməsi sınaqdan keçirilib.

Stansiyanın 70 il bundan öncə tikilmiş inzibati binasında 9 ədədköhnə istehsalat otağı yenidən qurulub və yeni müasir istehsalatotaqları tikilib. Həmçinin istismara yararsız texniki xidmətməntəqələri tam təchiz edilmiş 4 ədəd modul tipli konteynerləəvəzlənib. Stansiyaya gedən avtomobil yolu və stansiyanın 400kv.metr ərazisinə asfalt örtük çəkilib və iki mərtəbəli post binasıtəmir olunub.

Bundan başqa, işçilərin sosial rifahının yaxşılaşdırılmasıməqsədilə yeni mətbəx və sanitar qovşaqlar, soyunub-geyinmə otağı,namaz otağı və digər lazımi infrastruktur məntəqələri yaradılıb.Stansiyanın işçi heyəti yeni uniforma və fərdi mühafizə vasitələriilə təchiz edilib.

“Yaşıl dünya naminə həmrəylik” ilinin çağırışına uyğun olaraqstansiya ərazisində yaşıllaşdırma işləri görülüb və onlarla ağacəkilib.

Qeyd edək ki, yüklərin qəbulu və göndərilməsi üçün stansiyaərazisində mövcud 9 yolun yenilənməsi, yeni yolların salınması vəümumi infrastrukturun daha da təkmilləşdirilməsiplanlaşdırılır.

Seçilən
5
19
az.trend.az

10Mənbələr