Bakının Nizami rayonunda yerləşən "8-ci km Ticarət Mərkəzi"nin ətrafındakı küçə ticarəti yığışdırılıb.
Day.Az xəbər verir ki, bu faktı Trend-ə Nizami Rayon İcra Hakimiyyətindən təsdiqləyiblər.
Bildirilib ki, Cəmşid Naxçıvanski küçəsində yerləşən ərazidə səliqə-sahmanın bərpa olunması üçün həyata keçirilən işlər çərçivəsində küçə ticarətinin təşkil olunduğu piştaxtalar sökülərək ərazidən yığışdırılıb.
"Həmin ərazidə yaşıllığın salınması planlaşdırılır", - deyə İcra Hakimiyyətindən məlumat verilib.