AZ

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının tərkibi dəyişdi - SƏRƏNCAM

Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsinin Müşahidə Şurasının tərkibində dəyişiklik edilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.

Sənədə əsasən, Şurada iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov iqtisadiyyat nazirinin I müavini Elnur Əliyevlə əvəz olunub.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Seçilən
5
3
day.az

4Mənbələr