AZ

İspaniya kubokunun 2 oyunu təxirə salındı

style='margin-bottom:10px;'>

İspaniya kubokunun 1/64 final mərhələsinin 2 oyunu təxirə salınıb.

QOL.az xəbər verir ki, bu barədə İspaniya Kral Futbol Federasiyasının (RFEF) məlumat yayıb. Görüşlər Valensiya İcmasındakı daşqın səbəbindən təxirə salınıb.

Bu gün “Valensiya” səfərdə “Parla”, “Levante” isə “Pontevedra” ilə qarşılaşmalı idi. Artıq oyunlar müvafiq olaraq noyabrın 6 və 7-nə planlaşdırılıb.

Qeyd edək ki, Valensiyada güclü yağış və daşqın səbəbindən təhlükə elan edilib. Hazırkı məlumatlara görə, Valensiyada 51 nəfər ölüb.

phrase_var_article.chosen
158
19
teleqraf.com

10phrase_var_article.sources