AZ

“Real”ın matçı təxirə salına bilər

La Liqanın 12-ci turunda keçiriləcək “Valensiya” - “Real Madrid” matçı təxirə salına bilər. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Relevo” nəşri məlumat yayıb.

Bildirilib ki, buna səbəb Valensiyada olan qasırğadır.

Qeyd edək ki, “Valensiya" - “Real” qarşılaşması 2 noyabr tarixində keçirilməlidir.

Xatırladaq ki, bu gün keçirilməli olan kubokun “Valensiya” - “Parla Eskuela” və “Levante” - “Pontevedra” matçları da təxirə salınıb.

phrase_var_article.chosen
117
19
qafqazinfo.az

10phrase_var_article.sources