AZ

“Aeroportda temperaturu uzaqdan ölçmək mümkün olacaq”

“Azərbaycanda beynəlxalq hava limanında terrmometrial, yəni uzaqdan temperaturun ölçülməsi mümkün olacaq”.

“Qafqazinfo” xəbər verir ki, bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə səhiyyə nazirinin müavini Nadir Zeynalov deyib.

Onun sözlərinə görə, bir çox infeksion xəstəliklərin ilkin əlaməti yüksək temperaturdur.

O bildirib ki, buna görə gələn qonaqların uzaqdan temperaturunun ölçülməsi ilə onlar arasında kimdəsə infeksion xəstəlik olarsa, aşkarlanacaq və əgər şübhəli hallar olarsa, həmin şəxsin müayinə və müalicə olunması təşkil olunacaq.

Gülnar Əliyeva

Seçilən
28
4
qafqazinfo.az

6Mənbələr