AZ

COP29-un yüksək səviyyə keçirilməsi üçün lazım olan hazırlıq işləri görülüb -Nazir müavini

COP29-un yüksək səviyyə keçirilməsi üçün lazım olan hazırlıq işləri görülüb.

“İki sahil” xəbər verir ki, bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov COP29 konfrasına dair görülən işlərlə bağlı mətbuat konfransında çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkəmizə çox sayda xarici qonaqlar gələcək və onların müxtəlif xəstəliklərlə bağlı şikayətlərinə baxılması, müayinə və müalicə olunması səhiyyə qurumlarının üzərinə düşür.

“Biz üzərimizə düşən vəzifələri iki yerə bölə bilərik. Profilatika və müalicə. Dünyanın müxtəlif ölkələrindən qonaqlar gələcək. Gələn qonaqların uzaqdan hərarəti ölçüləcək. Termometriya Beynəlxalq Havalimanında təşkil ediləcək. Şüphə olarsa, onunla bağlı sorğu aparılacaq və şüphəli hal olduğu təqdirdə müayinə və müalicəsi təşkil ediləcək”, - nazir müavini əlavə edib.

Seçilən
5
1
ikisahil.az

2Mənbələr