AZ

Cəngəllikdə 50 minlik qədim şəhər tapılıb

Meksikada cəngəllik örtüyü altında itən nəhəng Maya şəhəri Valeriana əsrlər sonra yenidən kəşf edilib. 

Kəşf arxeologiya aləmində böyük həyəcana səbəb olub. 

"Cebheinfo.az" xəbər verir ki, yoxa çıxmasından əsrlər sonra Meksika cəngəlliklərinin dərinliklərində nəhəng, qədim Maya şəhəri aşkar edildi. Gizli Valeriana şəhəri adlanan məbəd arxeologiya fakültəsinin məzunu internetdə gəzərkən saytla bağlı maraqlı faktlarla rastlaşarkən cənub-şərqdəki Campeçe əyalətində təsadüfən aşkarlanıb. 

Belə ki, aspirant arxeoloq Luke Auld-Tomas internetdə axtarış edərkən Meksikada ətraf mühitin monitorinqi təşkilatının lazer tədqiqatına rast gəlib. Lazer impulsları ilə bir obyektin və ya səthin məsafəsini anlamağa kömək edən bu araşdırmanın nəticələrini araşdıran Tomas bölgədəki meşədə itmiş bir şəhərin siluetini görüb. Beləliklə, o, başqalarının gözdən qaçırdığı bir şeyi tapıb, bu, nəhəng qədim şəhərdir. 

Komandanın Valeriana adını verdiyi qədim şəhərin Latın Amerikasındakı ən böyük Maya mərkəzi olduğu güman edilən Calakmuldan sonra ikinci ən sıx Maya şəhəri olduğu təxmin edilir. Şəhərin əhalisi eramızın 750-850-ci illəri arasında ən yüksək həddə çatıb. Orada 30- 50 min nəfər yaşayırdı.

 Bildirilir ki, bu rəqəm bu gün həmin rayonda yaşayanların sayından çoxdur. Valeriana paytaxt izlərini" daşıyır və Calakmul bölgəsindən təxminən 100 kilometr məsafədədir. Əvvəllər yerli əhaliyə məlum olmayan qədim şəhər indi əsasən Maya nəslinin yaşadığı qədim Xpujil ərazisinin yaxınlığında əsas yoldan cəmi 15 dəqiqəlik piyada məsafədədir. Ümumilikdə, arxeoloqlar meşədə üç fərqli ərazini tədqiq edərək qədim şəhərin hüdudlarında müxtəlif ölçülü 6764 tikili müəyyən ediblər. 

Seçilən
18
1
cebheinfo.az

6Mənbələr