COP29 tədbiri keçirilən zaman əhalinin tibbi xidmətə təminatını təşkil etmək üçün bir neçə yerdə tibb məntəqələri yaradılacaq.
Bunu COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov deyib.
O bildirib ki, bu istiqamətdə aparılan tədbirlər çərçivəsində “Koroğlu”, “28 May”, “Elmlər Akademiyası” metro stansiyalarında tibb məntəqələri təşkil ediləcək: “Həmçinin “MIDA” Yaşayış Kompleksində yeni tibb məntəqəsinin yaradılması planlaşdırılır”.