AZ

COP29 konfransı çərçivəsində tibbi xidmətlərin təşkilinə dair brifinq keçirilib

Bakı, TurkicWorld

Oktyabrın 30-da Yeni klinikada COP29 çərçivəsində Tibbi xidmətin təşkilinə dair mediatur və brifinq keçirilib.

TurkicWorld xəbər verir ki, brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Səhiyyə nazirinin müavini Nadir Zeynalov, TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov və digər rəsmilər çıxış ediblər.

COP29 çərçivəsində tibbi xidmətin təşkilinə dair brifinqdə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib ki, COP29 ilə əlaqədar tibb müəssisələri hazır vəziyyətə gətirilib.

"İlk olaraq onu qeyd edim ki, COP29 Əməliyyat şirkətinin tibb komandası ilə tədbir üçün ayrılan və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrinin hər birinə baxış keçirilib və müəssisələrimiz zəruri tibbi xidməti təmin edə bilmək üçün hazır vəziyyətə gətirilib. Bütün bu aylar ərzində mütəmadi görüşlər keçirilib, tibb və qeyri-tibb personalı üçün treninqlər təşkil olunub.

Yeni Klinikanın Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində xüsusi monitor və oksigen panelləri ilə təmin olunmuş 10 çarpayı, Uşaq təcili tibbi yardım şöbəsində 3, Stasionar şöbədə 10, Reanimasiya şöbəsində 4, Uşaq reanimasiya və intensiv terapiya şöbəsində 3 çarpayı və 1 əməliyyatxana tibbi xidmətə zərurət ehtimalını nəzərə alaraq tədbir üçün ayrılıb", - deyə V.Qurbanov bildirib.

Səhiyyə nazirinin müavini Nadir Zeynalov COP29 konfrasına dair görülən işlərlə bağlı mətbuat konfransında çıxışı zamanı qeyd edib ki, COP29 tədbirinə gələn qonaqlarla təmasda ola bilən, rastlaşan vətəndaşlara müxtəlif xəstəliklərin keçməməsi üçün nazirlik qripəleyhinə peyvəndləri lazımi nöqtələrə çatdırıb.

O qeyd edib ki, məqsəd gələn qonaqlarda qrip və respirator viruslar olarsa, vətəndaşlarımızı buna qarşı qorumaqdır.

Daha sonra COP29-da tibbi xidmətin təşkilinə dair görülən işlərlə bağlı mətbuat konfransında məlumat verilib ki, "Koroğlu", "28 May", "Elmlər Akademiyası" metrostansiyalarında tibb məntəqələrinin təşkili (18 həkim, 18 orta tibb işçisi olmaqla) təmin ediləcək. Qeyd edilib ki, "MİDA" Yaşayış Kompleksində yeni tibb məntəqəsinin yaradılıb.

Seçilən
25
2
turkic.world

3Mənbələr