AZ

“Washington Post”da gedən yazı qərəzli və tərəfli yanaşmanın real nümunəsidir -Analiz

Dünya ağla qaranı yaxşı ayırd edir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır. Bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” platformasında Ceff Bezosun “Washington Post“da dərc edilmiş məqaləsinə münasibət bildirərkən qeyd edib. Prezidentin köməkçisi, "xüsusilə də COP29 ərəfəsində Azərbaycana qarşı “Washington Post“ və müəyyən Konqres rəsmiləri tərəfindən çirkin təbliğat kampaniyaları aparıldığını, Ceff Bezosun məqaləsinin bu cür media orqanlarına etimadın qalmadığını ifşa etdiyini" qeyd edib. O bildirib ki, mən həmişə Azərbaycana qarşı çirkin təbliğat kampaniyası aparan “Washington Post” qəzetinin və bəzi Konqres rəsmilərinin diqqətini Ceff Bezosun bu məqaləsinə cəlb etmək istərdim. Cəsarətli və haqlı tənqidində Bezos “Washington Post” və digər media orqanlarının timsalında etibar səviyyəsinin nə qədər aşağı düşdüyünü göstərir. O, eyni zamanda, qurban obrazının yaradılmasının fayda vermədiyini də qeyd edir.  Bununla belə, Bezosun məqaləsi problemlərə milli səviyyədə toxunur, qlobal miqyasda etimad isə daha da aşağıdır. Dünya ağı ilə qaranı yaxşı fərqləndirir. Çirkin təbliğatlar dünyada yalnız ikrah və inamsızlıq yaradır Hikmət Hacıyev qeyd edib ki, “Washington Post dakı "yoldaşlar" sizin üslubunuz və iş metodologiyanız mənə SSRİ-nin son günlərindəki “Komsomolskaya pravda”nı xatırladır. 

Politoloq Turan Rzayev “Sherg.az”a bildirib ki, “Washington Post” qəzeti nə qədər dünyanın tanınan media qrumu olsa da, tərəfli yazılıları ilə seçilən media subyektidir:

“Bu media qrumunda rəhbərlik səviyyəsində pul verib yazıların səhifələrində yer alması mümkündür. Dəfələrlə sözügedən hadisənin nümunələrini görmüşük. Sonuncu dəfə “Washington Post”da gedən yazı da məhz qərəzli və tərəfli yanaşmanın real nümunəsidir. Yazıda bir neçə istiqamətdə Azərbaycana qarşı böhtan kampaniyası aparan qüvvələrin ifadələri ilə üst-üstə düşən məqamlara rast gəlinir. Məsələn, guya Azərbaycan erməniləri Qarabağdan zorla çıxarması və regionun demoqrafik vəziyyətinin dəyişdirilməsi kimi məsələlərə toxunulur. Eyni zamanda COP29-un Azərbaycanda keçirilə bilməməsini vurğulayıblar ki, buna da əsas kimi rəsmi Bakının neft-qaz ixracatçısı olduğu vurğulanıb. Burada diqqət çəkən məqam qeyd etdiyim kimi səsləndirilən fikirlərin bir müddət öncə 60 kongresmenin təqdim etdiyi bəyanatla eynilik təşkil edir. Bu isə bir daha sübut  edir ki, proseslərin pərdə arxasında vahid idarəedici qüvvə mövcuddur. Erməni lobbisi, diaspora və kilsə sözügedən məsələdə olduqca aktivdir. Azərbaycan əleyhinə olan qüvvələr ortaq cəbhədən hərəkət edirlər”. 

Ekspert vurğulayıb ki, Hikmət Hacıyevin açıqlaması həmin qüvvələrə layiqli cavabdır:
“Həmçinin onların etdiyi əməlin ifşası və detallı şəkildə təqdimatıdır. Hikmət Hacıyevin çıxışı müəyyən dairələrə, öz hədəfinə sərrast şəkildə dəyəcək. Qərbin Azərbaycana qarşı təzyiqləri yeni deyil. İndiki məqamda da qara piar kampaniyasının aparılmasının səbəbləri bəllidir. Fransa həmin kampaniyalard aktiv iştirak edən dövlətlərin sırasında öndə gedir. Paris 2024 Yay Olimpiyada Oyunlarında Fransanın üzləşdiyi fiasko hələ də danışılır. Fransa bu uğursuzluğu unutdurmaq üçün başqa fiasko yaratmağa çalışır. Fransa Azərbaycanın ev sahibliyi edəcəyi COP29 tədbirinin istənilən səviyyədə keçirilməməsi və bizi beynəlxalq ictimaiyyətdə qınaq obyektinə çevirmək məqsədi güdür. Amma Azərbaycan bütün resurslarını COP29 üçün səfərbər edib və tədbirə ən yüksək səviyyədə hazırlıq işləri gedir”.
Seçilən
84
41
sherg.az

5Mənbələr