AZ

COP29-a görə ölkəyə elektriklə işləyən təcili tibbi yardım avtomobilləri gətirilib

COP29 çərçivəsində tibbi xidmət sahəsində istifadə üçün ölkəyə 5 ədəd elektriklə işləyən təcili tibbi yardım avtomobili gətirilib. Missiya.Az AZƏRTAC-a istinadən  xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov COP29 konfransı çərçivəsində keçirilən tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə deyib.“Hazırda həmin avtomobillərin sınaq prosedurları həyata keçirilir. Elektriklə işləyən təcili tibbi yardım avtomobilləri test olunduqdan sonra yalnız Bakı Olimpiya Stadionu ərazisində istifadə ediləcək", - deyə V. Qurbanov qeyd edib.

Seçilən
91
50
missiya.az

10Mənbələr