AZ

Xorvatiya Ukraynaya yeni silahlar verəcək

Almaniya və Xorvatiya Ukraynaya sovet dövründən qalma 30 döyüş tankı və Xorvatiyanın ehtiyatında olan 30 zirehli personal daşıyıcısı vermək barədə niyyəti haqqında bəyanat imzalayıb.

"Cebheinfo.az" xəbər verir ki, Almaniya Müdafiə Nazirliyinin verdiyi açıqlamaya görə, müdafiə naziri Boris Pistorius və Xorvatiyanın müdafiə naziri İvan Anusiç Berlində Qərbi Balkanlardakı vəziyyəti, Ukraynaya dəstək və Xorvatiya Silahlı Qüvvələrinin modernləşdirilməsini müzakirə ediblər.

Pistorius və Anusic Almaniyanın Xorvatiyadakı hərbi maşınları, eləcə də onların ehtiyat hissələri və sursatlarını maliyyə dəstəyi ilə Ukraynaya verməsi üçün niyyəti haqqında bəyanat imzalayıb.

Pistorius Xorvatiyanın bu il Ukraynaya ilk tankları təslim edəcəyini bildirərək, "Ukraynaya dəstək vermək üçün vaxt itirməməyimiz vacibdir" deyib.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr