Şabran Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin, eləcə də ETSN-nin regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları birgə rayon ərazisində “Təmiz hava” aylığı ilə bağlı tədbir keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Sfera.az-a bildirildiyinə görə, texniki nasazlığı olan, atmosferi normadan artıq çirkləndirən avtomobillərin sürücüləri barədə tədbirlər görülüb.