AZ

“Ailədə kişi zəhmi yoxdursa…” – Psixoloq açıqladı

Yeniyetmələrin törətdiyi cinayət əməllərinin sayı artıb. Bu yaş dövründə olan uşaqların kriminala meyllənməsinə bir neçə səbəb göstərilir. Onlardan biri  məktəblərdə kişi müəllimlərin azlığıdır.

Ölkə.az xəbər verir ki, psixoloq Vüsalə Rüstəm “Yeni Sabah”a təsdiqləyib ki, həmin faktoru da səbəb kimi göstərmək olar:

“Yeniyetmələr arasında cinayət hadisələrinin artmasına bir neçə faktor təsir edir: evdə yeniyetməyə nəzarətin azlığı, kriminal aləmin təbliği, sosial vəziyyət, zərərli vərdişlər, məktəblərdə kişi müəllimin yoxluğu, hətta valideynlərin boşanması”.

Ekspert qeyd edib ki, valideynlər uşaqlara nəzarəti gücləndirməlidir:

“İnternetə çıxışı olan hər bir yeniyetmə kriminal aləmin təbliğinə aid çox sayda görüntülər tapıb baxır, onlara həsr olunmuş musiqiləri dinləyir və onlar kimi olmaq istəyir. Belə yeniyetmələrin çoxu boşanmış ailələrdə böyüyür. Ata faktoru uşağın həyatında rol oynamır, onun kişi zəhmi, xarakteri haqqında heç bir fikri olmur. Yeniyetmə boşluğu sosial şəbəkələrdəki kriminal videolar və məhəllədəki "yaxşı oğlanlar"la doldurur. Bu, onlara zərərli vərdişlərə alışdırır, şüuraltını yuyub lazımsız formaya salır. Belə uşaqlar aqressiv, qorxusuz, səbirsiz, gələcək həyatı barədə bədbin düşünən, yeganə çıxış yolunun hansısa cinayəti törədərək barmaqlıqlar arasında özünü yetişdirməkdə görür.

Uşaqlarda baş verən dəyişikliyi və dost çevrəsini valideyn nəzarətdə saxlamalıdır. Nəzarətimizdən çıxan hər bir uşaq kiminsə cinayət aləti olacaq. Valideynlər bunu bilməlidir”.

Seçilən
15
olke.az

1Mənbələr