İtalyan alimlərinin apardığı araşdırma gəzməyin insan sağlamlığı üçün faydalarının gözlənilməz bir tərəfini ortaya qoyub.
Adalet.az xəbər verir ki, Milan Universitetinin tədqiqatçıları qısa gəzinti fasilələri uzun gəzintilərdən daha təsirli ola biləcəyini açıqlayıb.
Tədqiqatçılar qrupu 20 könüllünün iştirakı ilə eksperiment aparıb və bu eksperiment zamanı müxtəlif fiziki fəaliyyət müddətində orqanizmin oksigen istehlakı ölçülüb. İştirakçılar 10 saniyədən 4 dəqiqəyə qədər pilləkənlə yerimə və addım atma müddətlərini dəyişib.
Bildirilir ki, hərəkətin ilk anlarında bədən uzunmüddətli fəaliyyətlə müqayisədə daha çox enerji sərf edir.
Tədqiqatın aparıcı müəllifi Francesco Luciano bunu belə izah edib: "Gəzintinin ilkin mərhələsi sonrakı dəqiqələrlə müqayisədə daha intensiv enerji mübadiləsi tələb edir".
Müntəzəm qısa gəzinti fasilələri yavaş metabolizm və zəif qan təzyiqi nəzarəti kimi oturaq həyat tərzinin mənfi təsirləri ilə mübarizə aparmağa kömək edə bilər. Alimlər qısa gəzintiləri gündəlik iş rejiminə daxil etməyi məsləhət görürlər.