Rusiya qüvvələri Xarkov istiqamətində təzyiqlərini davam etdirirlər və artıq Kupyansk şəhərindən 2,5-3 kilometr aralıdadırlar.
Oxu24.com xəbər verir ki, bunu Kupyansk şəhər hərbi administrasiyasının rəhbəri Andrey Besedin Espreso telekanalının efirində deyib.
“Əslində cəbhə xətti çox yaxındır, düşmənin bütün silahları, o cümlədən tanklar şəhərin mərkəzi hissələrinə çatır”, - o bildirib.
Besedin əlavə edib ki, şəhərdən evakuasiya davam edir.
Nigar