Zelenski Ukrayna Silahlı Qüvvələrinə geri çəkilməyi tövsiyə edib.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski müsahibəsində bildirib. O deyib ki, Ukrayna qoşunları hərbi personal çatışmazlığı səbəbindən cəbhə xəttində geri çəkilə bilər.
Ukrayna prezidenti izah edib ki, Ukrayna Silahlı Qüvvələrinin əsgərlərinin qüvvələr nisbətinin 1-dən 8-ə qədər Rusiya hərbçilərinin xeyrinə olduğu bir vəziyyətdə geri çəkilməsinin əleyhinə deyil.
Xuraman Etibarlı
İnterpress.az