AZ

Böyük Britaniyada meymunçiçəyinin yeni ştammı aşkarlanıb

Böyük Britaniyanın Səhiyyə Təhlükəsizliyi Agentliyi (UKHSA) Londonda meymunçiçəyinin "Clade 1b" adlı ştammının aşkarlandığını bildirib. SİA xəbər verir ki, xəstə "Royal Free Hospital"ın yüksək riskli infeksion xəstəliklər bölməsinə köçürülüb. Xəstə son zamanlar bu ştammın yayıldığı Afrika ölkələrinə səyahət edibmiş.

Meymunçiçəyinin "Clade 1b" ştammı Böyük Britaniyada ilk dəfə aşkarlanıb. Almaniya bu ayın əvvəlində "Clade 1b" virusuna ilk yoluxmanın baş verdiyini bildirmişdi.

Qeyd edək ki, bu vaxtadək Afrikada "Clade 1b" ştammından azı min nəfər ölüb.

"Clade 1b" ştammı meymunçiçəyinin 2022-ci ildən Böyük Britaniyada yayılan ştamlarından fərqli variantdır və onun daha ağır xəstəliyə səbəb olduğu düşünülür.

Seçilən
11
21
sesqazeti.az

10Mənbələr