“Turan Tovuz”un baş məşqçisi Kurban Berdıyevin köməkçisi Cavid Hüseynov hazırda Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) səfərdədir.
Arena.az xəbər verir ki, o, bu ölkənin Şarja şəhərində “Elite Falcons Football Club” tərəfindən təşkil olunmuş “Blue Crow Cup 2024” beynəlxalq turnirində iştirak edir.
Bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb. Məlumata görə, 2005, 2006 və 2007-ci il təvəllüdlü futbolçular arasında keçirilən turnirdə əsasən Afrikadan olan istedadlı futbolçular mübarizə aparırlar. 3 gün davam edəcək işgüzar səfərin sonunda Cavid Hüseynov hazırladığı hesabatı klub rəhbərliyinə və baş məşqçiyə təqdim edəcək.
Qeyd edək ki, bir çox istedadlı futbolçunun kəşf olunduğu turniri tanınmış klubların məşqçi və skaut heyətləri yaxından izləyirlər.