AZ

"Arsenal"ın əfsanəsi siyasətə qoşulur

"Arsenal"ın sabiq hücumçusu Emmanuel Adebayor yeni karyerasına başlaya bilər.

Fanat.Az "The Sun"-a istinadən xəbər verir ki, veteran futbolçu Toqonun aparıcı müxalifət partiyası "Comite d'Action Pour Le Renouveau"-dan, qısaca CAR-dan dəvət alıb. 

Partiyanın rəhbəri Yavo Date bu barədə çıxışında belə deyib: "Karyerasını başa vuraraq vida matçı keçirən qardaşımız Adebayor əzmkarlıq və uğur simvoludur. O, öz ölkəsində siyasətə gəlməlidir. Onun üçün ideal partiya CAR-dır. Mən onu bizə qoşulmağa dəvət edirəm. Onun göyərtəsində olacağı "gəmi" ilə Toqoda azadlıq uğrunda siyasi mübarizəni davam etdirə bilərik. Adebayorda biz əzmkarlıq və uğur nümunəsini görürük. O, toqolu gənclərin siyasi liderlərindən gözlədikləri ambisiya və dinamizmi təcəssüm etdirir”.

Ötən yayda karyerasını başa vuran keçmiş futbolçu müxalif siyasətçinin təklifinə hələ cavab verməyib.

Adebayor peşəkar futbolçu karyerasına Fransanın “Mets” klubunda başlayıb. O, sonralar “Monako”, “Arsenal”, “Mançester Siti”, “Real”, “Tottenhem”, “Kristal Pelas”, “Başakşəhər”, “Kayserispor”, “Olimpiya”, “Semassi” kimi klubların da formasını geyinib. Təcrübəli hücumçu Toqo yığmasında 66 oyuna 29 qol vurub.

Mirağa

Seçilən
24
fanat.az

1Mənbələr