AZ

“Sahil” və “İçərişəhər” stansiyalarında nə baş verir? – RƏSMİ AÇIQLAMA

Bakı metrosunun “Sahil” və “İçərişəhər” stansiyalarının qarşısında sıxlıq yaranıb.

Axşam saatlarında mənzil başına çatmaq istəyən vətəndaşlar metroya daxil olmaqda çətinlik çəkiblər.

Məsələ ilə bağlı “Bakı Metropoliteni” QSC-nin Mətbuat Xidməti və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov bildirib ki, heç bir texniki problem yoxdur:

“Sərnişin sıxlığıdır. Platforma səviyyəsinin ifrat sıxlığına yol vermək olmaz”.

Seçilən
17
19
editor.az

10Mənbələr