Almaniyanın "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emreli daha bir qol vurub.
QOL.az xəbər verir ki, 2-ci Bundesliqa təmsilçisi Almaniya kubokunun 1/16 finalında "Hofffenhaym"la qarşılaşıb və 1:2 hesabı ilə uduzub.
Start heyətdə meydana çıxan Mahir matçın 48-ci dəqiqəsində qol vuraraq hesabı 1:1 edib.Bununla da Mahir "Nürnberq"də ardıcıl 3-cü oyununda qol vurub. O, 2-ci Bundesliqanın 9-cu və 10-cu turunda da rəqib qapısına yol tapıb.
"Hoffenhaym" - "Nürnberq" - 2:1
Qollar: Tabakoviç, 27 (1:0), Emreli, 47 (1:1), Çaves, 71 (2:1)
Bu qələbə ilə "Hoffenhaym" 1/8 finala yüksəlib. "Nürnberq" isə kubokda mübarizəni dayandırıb.