Çinin cənubundakı Haynan ada əyalətində "Trami" qasırğası nəticəsində 7 nəfər ölüb, daha bir nəfər itkin düşüb. SİA xəbər verir ki, bu barədə Çinin Fövqəladə Halların İdarə Edilməsi Departamenti məlumat yayıb. "Trami” bu il sayca 20-ci qasırğadır. Oktyabrın 28-dən Haynanın bir çox ərazilərinə güclü yağış yağıb.
Məlumata görə, 40 mindən çox insan təxliyə edilib.