UEFA qadın futbolunun inkişafına 1 milyard avro ayıracaq.
İqtisadiyyat.az xəbər verir ki, bu barədə qurumun prezidenti Aleksandr Çeferin məlumat verib.
O, "Dayandırılmaz" adlanan layihənin 2024-2030-cu illəri əhatə edəcəyini bildirib. Məqsəd futbolun Avropada qadınlar arasında ən kütləvi idman növü kimi inkişafına nail olmaqdır.
Qeyd edək ki, qadınlar arasında Çempionlar Liqasının formatında dəyişiklik və ya ikinci turnirin keçirilməsi gözlənilir