AZ

Britaniyanın maliyyə naziri son 30 ilin ən böyük vergi artımını elan edib -40 milyard funt-sterlinq

Britaniyanın maliyyə naziri Reyçl Rivz parlamentdə dövlət büdcəsi ilə bağlı çıxış edib.

Valyua.Az xəbər verir ki, nazir öz ilk büdcə təqdimatında 40 milyard funt-sterlinqlik vergi artımını elan edib. Reyçl Rivz əvvəlki Mühafizəkar hökuməti tənqid edərək, Leyboristlər partiyasının əvvəlki hökumətdən 22 milyard funt-sterlinqlik miras aldığını və hökumətin dövlət maliyyəsini məsuliyyətsiz idarə etməsinə bir daha imkan verməyəcəyini vurğulayıb.

Maliyyə naziri işəgötürənlər üçün milli sığorta töhfələrinin artırılacağını, ikinci evlərə görə damğa rüsumunun tətbiq ediləcəyini, özəl məktəb ödənişlərinə ƏDV-dən azad olmağın ləğvini, həmçinin elektron siqaretlərə yeni rüsumun tətbiq ediləcəyini bildirib.

O deyib ki, işəgötürənlər üçün 2025-ci ilin aprel ayından etibarən milli sığorta faiz dərəcəsi 15 faizə çatdırılacaq, bununla da ildə 25 milyard funt-sterlinq toplanacaq.

Nazir, həmçinin büdcə xərcləmələri ilə də bağlı açıqlama verib. O qeyd edib ki, Milli Səhiyyə Sisteminin büdcəsi 22,6 milyard funt-sterlinq artırılacaq. Həmçinin büdcədən ev tikintiləri üçün 5 milyard funt-sterlinq sərmayə ayrılacaq.

© AZƏRTAC

Seçilən
26
3
valyuta.az

4Mənbələr