İran İsrailin hücumuna ABŞ-dakı prezident seçkilərindən əvvəl cavab verə bilər.
Publika.az xəbər verir ki, bu barədə CNN telekanalı mənbələrinə istinadən məlumat yayıb.
"İranın sionist rejiminin təcavüzünə cavabı qətiyyətli və ağrılı olacaq və cavab tədbirləri böyük ehtimalla prezident seçkiləri günündən əvvəl baş verəcək", - deyə kanalın mənbələri bildirib.