"Mançester Siti" klubu İngiltərə Liqa Kubokunun 1/8 final oyununda "Tottenhem"ə məğlub olub.
Bakıvaxtı.az xəbər verir ki, komandalar London şəhərindəki "Tottenhem Hotspur" stadionunda üz-üzə gəliblər.
Qarşılaşma “Tottenhem”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Matçın 5-ci dəqiqəsində ev sahiblərinin heyətində almaniyalı hücumçu Timo Verner hesabı açıb. 25-ci dəqiqədə “Tottenhem”in yarımmüdafiəçisi Papa Matar Sarr meydan sahiblərinin üstünlüyünü artırıb.
İlk hissəyə əlavə olunan vaxtda portuqaliyalı yarımmüdafiəçi Mateus Nunyes “Mançester Siti”nin yeganə qolunu vurub.