AZ

Ləğv prosesində olan bankın əmlakı hərraca çıxarılır - QİYMƏT

31 oktyabr 2024-cü il saat 11:00-da “Bakı Hərrac Mərkəzi”ndə hərrac keçiriləcək.

Bu BOKT-un əmlakı - HƏRRACDA ÖZƏLLƏŞDİRİLİB - MƏBLƏĞ

FED.az xəbər verir ki, hərraca Əmanətlərin Sığortalanması Fondunun ləğvetməsində olan  "Atabank" ASC-nin balansındakı daşınmaz əmlak çıxarılacaqdır.

Daşınmaz əmlak Şəmkir şəhəri, Həsən Əliyev küçəsi, 5 ünvanında  0.339760 ha torpaq sahəsində yerləşən 882.7 kv.m ümumi sahədən ibarət əmlak kompleksidir.

Daşınmaz əmlakın ilkin satış qiyməti 360 000 manatdır.

Satış qiymətinin 5%-i həcmində beh hərrac təşkilatına ödənilməlidir. Alış qiyməti 7 təqvim günü ərzində sifarişçinin hesabına ödənilməlidir.

Açıq hərracda iştirak etmək üçün lazımi sənədlər: F/Ş şəxsiyyət vəsiqəsi, H/Ş təsis sənədləri.

Ünvan: Bakı şəh, Səbail ray, Badamdar qəsəbəsi, Badamdar şössesi 27. (“AVİS” aptekin arxası).

Tel: 055-206-66-67

Seçilən
78
fed.az

1Mənbələr