AZ

Sahib Məmmədova üçüncü müşavir təyin edildi - FOTO

Gənclər Fondunun İcraçı direktorunun müavini Orxan Ərəbov vəzifəsindən azad edilib.

Modern.az-ın məlumatına görə, o, yeni vəzifəyə keçmə ilə əlaqədar işdən ayrılıb.

Məlumata görə, Orxan Ərəbov Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədovun müşaviri təyin edilib. Təyinat barədə xəbəri bundan əvvəl "unikal" saytı yayıb.

Qeyd edək ki, bundan əvvəl İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin keçmiş sədr müavini Elkiyar Ziyadov və Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin keçmiş müavini Cəmaləddin Quliyev də AHİK sədrinin müşaviri təyin olunub.

Xatırladaq ki, avqustun 26-da AHİK-in növbədənkənar VII qurultayı keçirilib. Qurultayda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov AHİK-in sədri seçilib.

"Cebheinfo.az"

Seçilən
7
5
cebheinfo.az

6Mənbələr