AZ

Xanım boksçumuzdan tarixi uğur

Azərbaycan boksçusu Aynur Mikayılova tarixi ilkə imza atıb.

Ölkə.az xəbər verir ki, 57 kq çəkidə mübarizə aparan yığma üzvü Monteneqronun Budva şəhərində gənclər arasında keçirilən dünya birinciliyində bunu reallaşdırıb.

Mikayılova 1/4 finalda Reka Varqa Saraya (Macarıstan) ilk raundda tam üstünlüklə qalib gəlib. O, yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib. Bu, Azərbaycan boks tarixində ilkdir. İndiyədək heç bir yerli qız boksçu dünya birinciliyində bu mərhələyədək irəliləməyib. Onun qazanacağı istənilən əyarlı medal isə boks tariximizə azərbaycanlı qız boksçunun ilk mükafatı kimi düşəcək.

Qeyd edək ki, mundialda yarımfinal görüşləri sabah təşkil olunacaq.

Seçilən
130
14
olke.az

10Mənbələr