Yaşar Gülər: Türkiyə həm öz, həm də qardaş ölkələrin hərbi pilotlarını yetişdirir
Türkiyə həm öz, həm də qardaş ölkələrin hərbi pilotlarını yetişdirir.
aia.az xəbər verir ki, bunu Qətərə səfəri çərçivəsində oradakı türk hərbçilərlə görüşən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər deyib.
O bildirib ki, Türkiyənin Hərbi Hava Qüvvələri əhəmiyyətli tapşırıqları uğurla yerinə yetirir: “Hürkuş”, “Hürjet”, “Gökbek”, “Kızılelma”, “Kaan” kimi texnikalar bizim hava platformasındakı uğurlarımızın göstəricisidir”.
Nazir söyləyib ki, Türkiyə dost və qardaş ölkələrlə birlikdə hərbi təlimlər edir, əlaqələrini gücləndirir: “Beləliklə, Türkiyə regional təhlükəsizliyə töhfə verməyə davam edir”.
aia.az