AZ

Tayvanda "Konq-rey" qasırğası səbəbindən 8600 nəfər təxliyə edilib

Tayvanı təsir altına alan “Konq-rey” qasırğası səbəbindən adada daşqın, sürüşmə təhlükəsi olan ərazilərdən 8600 nəfər təxliyə edilib.

Qaziler.az bildirir ki, Tayvan agentliyi CNA-ya görə, Fövqəladə Əməliyyatlar Mərkəzi (CEOC) Tayvan daxilində qurulmuş 71 təcili sığınacaqda 1321 nəfərin yerləşdirildiyini açıqlayıb.

Tayvanın bir neçə şəhər və əyalətlərində təxliyə işlərinin davam etdiyi bir vaxtda indiyədək 8600 nəfərin təhlükəsiz bölgələrə köçürüldüyü bildirilib.

Qasırğanın yaratdığı şiddətli tufan və daşqınlar nəticəsində 27 nəfər xəsarət alıb, lakin fəlakətlərdə həyatını itirən olmayıb.

Verilən məlumata görə, Taroko Milli Parkında gəzintiyə çıxan 2 çex turistlə əlaqə saxlamaq mümkün olmayıb.

QAZİLER.AZ

Seçilən
7
5
qaziler.az

6Mənbələr