Müğənni Aygün Mahmudovanın qayınanasının yazdığı şərh sosial media seqmentində viral olub.
Sənətçi “TikTok”da qayınanasının oğlu, rejissor və aktyor Kənan Mahmudovla bağlı dilə gətirdiyi sözləri izləyiciləri ilə bölüşüb.
Belə ki, canlı yayımda Aygünə izləyicilərdən biri “Kənandan boşandın?” sualı verib. Aygünün qayınanası isə ona cavabında “Niyə narahatsan? Boşanıb səni alacaq?” sözlərini yazıb.
Həmin an Mahmudova qayınanasının yazdığı sözləri oxuyaraq qürurlanıb və həmin sualı verən izləyicini qara siyahıya atdığını bildirib.
Qeyd edək ki, Aygün və Kənan cütlüyünü üç övladı var.