AZ

Rəcəb Tayyib Ərdoğan seneqallı həmkarı Bassiru Diomaye Faye ilə görüşəcək

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Seneqal prezidenti Bassiru Diomaye Faye ilə görüşəcək.

R.T.Ərdoğan seneqallı həmkarını rəsmi mərasimlə qarşılayacaq. Daha sonra iki lider arasında təkbətək görüş baş tutacak. Liderlər həmçinin  heyətlər arasında keçiriləcək görüşə də sədrlik edəcəklər. Görüşdən sonra iki ölkə arasında əməkdaşlığa dair müqavilələr imzalanacaq. İmzalama mərasimindən sonra liderlər birgə mətbuat konfransında çıxış edəcəklər.

Qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan qonaq prezidentin şərəfinə rəsmi şam yeməyi verəcək.



Seçilən
10
1
trt.net.tr

2Mənbələr