Demokrat.az xəbər verir ki, bu barədə "In Touch Weekly" nəşri məlumat yayıb.
"Ancelinanın hələ də tək olmasının bir səbəbi var və bu, onunla görüşəcək kişilərin olmaması deyil. Səbəb odur ki, o, Bredlə etdiyi kimi yenidən incidilməkdən qorxduğu üçün onların hamısını məsafədə saxlayır", deyə mənbə bildirib.
Mənbə Hollivud aktyoru ilə evlənməzdən əvvəl Ancelina Colinin qorxmaz və çox asanlıqla aşiq olduğunu, lakin indi çox dəyişdiyini deyib: "O, həssas olmağın qarşığını ödəyə bilməz və aydındır ki, onun kişilərə olan inamı Bredlə yaşadıqları ilə sarsılıb".
Mənbə qeyd edib ki, Ancelina Coli uzun müddət uşaqlara görə ciddi münasibətə girməyəcəyini bildirib. Onun sözlərinə görə, aktrisanın demək olar ki, bütün uşaqları böyüdükdən sonra o, tək qalmaqdan xoşbəxt olduğunu iddia edir, lakin heç kim ona inanmır.
Ancelina Colinin altı övladı var: oğulları Maddoks Sivan, Paks Tyen və Knoks Leon və qızları Zahara Marli, Şiloh Nouvel və Vivyen Marşelin. Hamısı əvvəlcə Coli-Pit soyadını daşıyıb, baxmayaraq ki, yalnız üçü - Şilo, Knoks və Vivyen - Ancelina və Bred Pitin bioloji övladlarıdır. 19 sentyabr 2016-cı ildə Coli Breddən boşanma üçün ərizə verib, lakin rəsmi olaraq yalnız 2019-cu ildə yekunlaşıb. İndi keçmiş həyat yoldaşları əmlak bölürlər.
Jalə
Demoktrat.az