AZ

𝐒̧ə𝐦𝐤𝐢𝐫: yol kənarları xüsusilə gözəl olmalıdır

       Son illər Şəmkir rayonunda abadlıq-quruculuq işləri geniş vüsət alıb.   Cari ildə də rayon icra hakimiyyəti tərəfindən Şəmkirdə aparılan yenidənqurma işləri davam etdirilir.
        Hazırda rayonun yerli və xarici qonaqların daha çox istifadə etdiyi Bakı-Qazax-Gürcüstan magistral yolunun kənarında yerləşən kəndlərində ciddi işlər görülür. Burada fərdi yaşayış evlərinin dam örtükləri, fasadları və hasarları yenidən qurulur, yaşıllıqlar zonası salınır və bu istiqamətdə işlər davam etdirilir. 

       Qeyd edək ki, təkcə ötən il Şəmkir şəhərinin 13 küçəsində yeni asfalt örtüyü vurulub, 5 küçə və 5 parkın isə abadlıq-quruculuq işləri, əsaslı təmiri aparılıb. 

        İlin sonuna kimi Şəmkir şəhərində də yol infrastrukturunun yenidən qurulması üçün yeni layihələr icra olunacaq.

        Hamlet Qasımov,
XQ-nin bölgə müxbiri, Şəmkir.

Seçilən
10
xalqqazeti.az

1Mənbələr