Bu ilin doqquz ayında Naftalan şəhərinin iqtisadiyyatının əsasını təşkil edən turizm sektorunda ciddi inkişaf qeydə alınıb.
Bizim.Media xəbər verir ki, Şəhər icra hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, doqquz ayda şəhərə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10 faiz artaraq 33030 nəfər olub, onlardan 11791 nəfəri 40 ölkədən gələn xarici turistlərdir.
İlk üçlükdə olan ölkələr Rusiya, Özbəkistan və Qazaxıstan təşkil edir. Həmçinin qonaqlar arasında Belarus, İsrail, Qırğızıstan, Çin, Türkiyə, ABŞ və digər ölkələrdən olan turistlər də çoxluq təşkil edir.
Hazırda Naftalanda 3-ü beş ulduz olmaqla, ümumilikdə, 20-yə yaxın hotel və müalicə mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə 1200-dən çox işçi çalışır.
Qeyd edək ki, hazırda Naftalanda bir gündə dörd minə yaxın turist gecələyə bilər.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta