AZ

Miqrantların saxlanılması mərkəzinə ayinlərlə əlaqədar din xadimləri dəvət oluna bilər

Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin xahişi ilə Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçmiş dini birliklərdən onlara mənəvi yardım göstərilməsi və dini ayinlərin icra edilməsi üçün din xadimləri dəvət oluna bilərlər.

APA xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin vicdan və dini azadlığına təminat veriləcək. Onlar Mərkəzdə dini ayinləri yerinə yetirmək, dini ləvazimatdan və ədəbiyyatdan istifadə etmək hüququna malikdirlər. Dini ayinlərin yerinə yetirilməsi üçün Mərkəzin rəisi tərəfindən müvafiq şərait yaradılacaq. Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin saxlandıqları yaşayış otaqlarında və yaxud bu məqsədlər üçün nəzərdə tutulmuş xüsusi otaqlarda dini ayinlərin yerinə yetirilməsi Mərkəzdə saxlanılan digər əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqlarını pozmamalıdır.

Seçilən
95
3
apa.az

4Mənbələr